
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Azərbaycanla gərginlik fonunda Moskvanın İrəvanla hərbi mövcudluğunu genişləndirdiyini və Gümrüdəki hərbi bazasının fəaliyyətini sürətləndirdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, rəsmi İrəvan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bu açıqlamasına münasibət bildirib.
Ermənistan hökuməti Rusiyanın bu ölkədəki hərbi mövcudluğunun genişləndirilməsi ilə bağlı Ukrayna tərəfinin bəyanatını təkzib edib.
“Ermənistan ərazisi üçüncü dövlətlər tərəfindən heç bir qonşu ölkəyə qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edilə bilməz. Yayılan bu məlumatların hamısı uydurmadır”, – Ermənistan XİN-in mətbuat katibi vurğulayıb.
Əliyar Xəlil