Qazax əsgərlər sərhəddə Azərbaycan Ordusunu… – Simonyan

“İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı mövqeyi sadəcə bir halda dəyişər ki, təşkilat Azərbaycan əsgərlərinin Ermənistanın suveren ərazilərində olduğunu bildirsin”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Təşkilata üzv ölkələrdən belə bir bəyanat səslənməli və Azərbaycan əsgərlərinin bu ərazilərdən çıxması tələb olunmalıdır. Əks halda Ermənistan hesab edəcək ki, KTMT işləmir. Biz Belarus, yaxud Qazaxıstan əsgərlərinin gəlib Azərbaycan Ordusunu sərhəddən çıxarmasını istəmirik, sadəcə, bu məsələ ilə bağlı bəyanat səsləndirilməldir”, – A.Simonyan bildirib.

Qeyd edək ki, Azərbaycanın Ermənistanın suveren ərazilərinə girməsi İrəvanın növbəti uydurmasıdır.

Əliyar Xəlil
Globalinfo.az