7ln3MLaNHEP8ZWTe5aawqocKEUCK6ADLBuhtnirb

Ermənistan hakimiyyəti TRIPP layihəsi çərçivəsində Azərbaycanla, xüsusilə də Bakı ilə birbaşa dəmir yolu əlaqəsinin yaradılmasını perspektivli istiqamət kimi dəyərləndirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan açıqlama verib.

Nazirin bildirib ki, birbaşa dəmir yolu marşrutu tam formalaşana qədər alternativ nəqliyyat mexanizmlərindən istifadə mümkündür.

Onun sözlərinə görə, bu mərhələdə müxtəlif tranzit və logistik variantlar nəzərdən keçirilə bilər ki, bu da gələcəkdə daha dayanıqlı və səmərəli əlaqələrin qurulmasına zəmin yaradar.

Papoyan prosesin kifayət qədər mürəkkəb olduğunu da vurğulayıb. Onun qeyd etdiyinə görə, ErmənistanAzərbaycan arasında hazırda aktiv ticarət dövriyyəsi mövcud deyil və bu amil layihənin reallaşmasını zaman baxımından uzada bilər.

Nazir əlavə edib ki, tərəflərin bazarları hələ bir-birini kifayət qədər yaxşı tanımır və ticarət əlaqələrinin qurulması mərhələli şəkildə, tədricən irəliləməlidir.

Tahir Turan
Globalinfo.az

Paylaş: