Ermənistandakı əsirlərimizdən xəbər var

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hazırda qeydiyyatında olan və Ermənistanda müntəzəm olaraq baş çəkdiyi iki Azərbaycan vətəndaşı var”.

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova mətbuata açıqlamasında qeyd edib.

“Onlara mütəmadi baş çəkilir. Əsirlərin vəziyyətləri ilə bağlı məlumat ictimaiyyətə açıqlanmır, ailələrinə bildirilir. Onlarla əlaqənin yaradılması təmin olunur. Sonuncu dəfə Ermənistandakı azərbaycanlı əsirlərə sentyabrda baş çəkilib”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az