
Ermənistanın Artaşat ərazi vahid sosial xidmət mərkəzinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla 9 nəfər rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Artaşat ərazi vahid sosial xidmət mərkəzinin Sosial iş və məşğulluq proqramları şöbəsinin müdirinin, həmin idarənin şöbələrindən birinin rəhbərinin və böyük sosial işçisinin vətəndaşlardan rüşvət aldığı müəyyən edilib.














