haykakan qaghaqakanutyunn aydp n316545 1

Ermənistanda siyasət xırdaçılıq və şəxsiyyətlərarası məsələlərin həllindən yüksəyə qalxmayıb.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq deputatı Anna Kostanyan yazıb.

“Mən siyasi arenada ikinci (Robert Köçəryan – red.) və üçüncü prezidentlərin (Serj Sərkisyan – red.) komandaları arasında “ulduz döyüşləri”ni izlədikcə elə təsəvvür yaranır ki, bu ölkədə birlikdə işləyə biləcəyin kimsə yoxdur. Onlar işsizlikdən bir-birilərinin ətini didirlər. Bu nədir? Bu siyasətdir? Bu hansı səviyyədir? Onlar vətəni bu templə xilas etməyə çalışırlar?

Bir şey daha maraqlıdır: bu hal sabiq prezidentlərin xoşuna gəlir? Onlar rəqabətin bu cür metodologiyasını və diskursu dəstəkləyirlər? Başa düşürük ki, siz bir-birinizi sevmirsiniz, amma ortaq hədəfimizi nəzərə alaraq ən azından qarşılıqlı olaraq siyasi həmrəylik göstərə bilərsiniz”, – deyə Kostanyan bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: