Ermənistanda revanşistlərdən Qazax açıqlaması: “Sülh olmayacaq”

Nə sərhəd postları, nə də başqa bir şey Tavuşda sülhü təmin edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Akopyan deyib.

“Ölkələrin təhlükəsizliyi siyasi hakimiyyət və ordu tərəfindən təmin edilir. Qalan şeylər, mövqelər, bunkerlər, sərhəd postları, xüsusilə Azərbaycanla bağlı situasiyada təsirsizdir. Mən artıq demişəm ki, bu hakimiyyət destruktivdir” – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Ermənistan bu ilin mayında Qazaxla sərhəddəki eksklav olmayan 4 kəndlə bağlı razılığa gəliblər. Nəticədə iki ölkə arasında ilk dəfə sərhədin demarkasiyası həyata keçirilib. Ermənistandakı revanşist qüvvələr Paşinyanın bu addımıyla razı deyillər.

Onu da xatırladaq ki, Movses Akopyan hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Armen Qriqoryanın dayısıdır. Bununla belə onlar arasında müəyyən məsələlərdə fikir ayrılığı mövcuddur.

Tahir Turan
Globalinfo.az