Ermənistanda Konfrans Liqasının oyunu buna görə dayandı – VİDEO   

Ermənistanda Konfrans Liqasının oyunu buna görə dayandı - VİDEO   

UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində keçirilən “Noah” (Ermənistan) – “Ruzomberok” (Slovakiya) görüşündə elektirik enerjisində yaranan problemə görə fasilə yaranıb.

Globalinfo.az xəbər verir ki, Abovyan şəhər stadionunda baş tutan matçın 68-ci dəqiqəsində işıqlar sönüb və hər tərəf qaranlığa bürünüb.

 

Təxminən 20 dəqiqəlik fasilədən sonra qarşılaşma qaldığı yerdən bərpa olunub.

Konfrans Liqasında pley-offun qalan görüşləri avqustun 21-də və 22-də keçiriləcək.