“Ermənistanda insanlar hakimiyyətin dəyişməsini istəyirlər və bu tezisə sadiqdirlər”.
Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.
O bildirib ki, etirazlara başladığı ilk günlərdən insanlar öz evlərinin qapılarını onun üzünə açıblar.
“Ən sevindiricisi odur ki, insanlar zəng edib dəstəklərini bildiriblər. Hətta vəzifələrini itirməmək üçün etirazlarda iştirak edə bilmədiklərinə görə üzr istəyiblər”, – Qalstanyan vurğulayıb.
Qeyd edək ki, ötən həftə Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə Vayots Dzorda olub və bölgə sakinləri ilə görüşlər keçirib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














