Mehri istiqamətində 3 erməni hərbçi saxlanıldı

Ermənistan ordusunun 3 hərbçisi narkotik vasitələrin saxlanılması, daşınması və istifadəsində ittiham olunaraq saxlanılıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, patrul əməkdaşları Mehri yolunda “Mercedes” markalı avtomobildə narkotik vasitə olduğuna dair məlumat alıblar. Maşında yoxlanış zamanı 21, 30 və 31 yaşlı 3 hərbçi saxlanılıb. Onların Qarabağdan qaçan erməni hərbçilər olduqları üzə çıxıb.

Həmin şəxslər polis bölməsinə aparılıblar.

Ayşən Mustafa
Globalinfo.az