“Orduda qeyri-döyüş şəraitində ölənlərin sayı günü-gündən artır. Ötən həftə 2 ölüm hadisəsi baş verib və rəsmi qurumlar məsuliyyəti üzərlərinə götürməsələr də, əldə etdiyimiz məlumata görə, müzakirələr aparıblar”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.
Nəşr bildirib ki, orduda xaos, zabit çatışmazlığı var.
“Bizdə olan məlumata görə, dünən baş nazirin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə müzakirə aparılıb. Milli Müdafiə Komitəsinin sədr müavini Armen Xaçatryan qanuna dəyişikliklərin hazırlanması və istefada olan zabitlərin hərbi xidmət keçməsi üçün vəsait ayrılmasını təklif edib. Qeyd edib ki, təcrübəli zabitlər orduya qayıtmalı, hərbi hissələr 18-20 yaşlı gənclərdən ibarət olmamalıdır.
Görüş zamanı məsələ ilə bağlı ilkin razılıq əldə olunub, qanuna dəyişiklik layihəsi hazırlamaqla bağlı qərar verilib”.
Zaira Akifqızı
Globalinfo.az