“Hökumət binasının girişində bir diplomatik skandala şahid oldum. Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfirinin əsas qapıdan hökumət binasına daxil olmasına icazə verilmədi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri, ekspert Edqar Qazaryan qeyd edib.
E.Qazaryan Fransa səfirinə qarşı ciddi hörmətsizlik edildiyini bildirib:
“Səfiri binaya daxil olmaq üçün ikinci girişə yönləndirdilər. Səfirlər ölkə başçılarının birbaşa təmsilçiləridirlər. Ona hörmət etmək lazımdır. Fransanın İrəvandakı səfiri rəsmi qarşılamaya belə layiq görülməyib. Hökumət binasının girişində heç kim onu salamlamayıb. Sadəcə qapıda dayanan polislər barmaqları ilə işarə edərək onu başqa qapıya yönləndiriblər. Bu, hörmətsizlikdir. Diplomatik protokola əsasən, sadəcə, düşmən ölkələrin nümayəndələrinə belə davranılır”.
Ayşən Mustafa
Globalinfo.az