Ermənistanda deputatlar dava etdi – VİDEO

 

Ermənistanda deputatlar iclas zamanı bir-birlərini “əclaf” adlandırıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, dava yaranan kimi, iclasın yayımı dayandırılıb.

Deputatların davasına səbəb bir neçə gün öncə iqtidar partiyasından olan Vigen Xaçatryanın dəfn mərasimində müxalifət deputatlarının iştirak etməməsinə görə iqtidar nümayəndələrinin onları tənqid və təhqir etməsi olub.

Daha sonra spiker Alen Simonyanla keçmiş müdafiə naziri Seyran Ohanyan arasında söz davası baş verib.

Görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az