Ermənistanda bu məsələ ilə bağlı referendum keçirilə bilər – Sərkisyan

 

Ermənistanda bu məsələ ilə bağlı referendum keçirilə bilər - Sərkisyan

Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirmək lazımdır.

Globalinfo.az xəbər verir ki, bunu “Respublika” partiyasının rəhbəri Aram Sərkisyan deyib.

O, daxili tələbatı nəzərə alaraq, Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsini təklif edib.

“Ermənistanın “Avropa Partiyası”, “Respublika” və “Respublika Naminə” partiyaları, eləcə də “Xristian Demokrat” partiyasının təmsil etdiyi demokratik qüvvələrin platforması geosiyasi prosesləri və daxili tələbatı nəzərə alaraq, Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsini təklif edir. Yaxın 3-4 ay ərzində bu məsələ ilə bağlı qərar vermək lazımdır”, – deyə Sərkisyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az