Ermənistanda azərbaycanlı hərbçiyə ömürlük həbs cəzası verildi

Ermənistanda saxlanılan azərbaycanlı əsir Hüseyn Axundov barəsindəki 20 il həbs qərarı dəyişdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Azərbaycanlı əsirə ömürlük həbs cəzasının verildiyi açıqlanıb.

Qeyd edək ki, H.Axundov Zəngəzur mis-molibden zavodunun mühafizəçisini qətlə yetirməkdə ittiham olunur. Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi Zavodun digər mühafiəçisi Ayrapeta Meliksetyanın şikayətini təmin edib. Nəticədə 20 illik həbs qərarı ömürlük həbslə əvəz olunub.

Ayşən Mustafa
Globalinfo.az