Ermənistanın sərhədimizdə zavod tikməsinin məkrli səbəbi…

Ermənistanın sərhədimizdə zavod tikməsinin məkrli səbəbi...

“Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgindir, iki ölkə arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyyənləşməyib, Zəngəzur dəhlizi açılmayıb. Belə olan halda Ermənistan hökuməti hansı məntiqlə sərhəddən təxminən 500 metr məsafədə olan ərazidə böyük metallurgiya zavodu inşa etməyə qərar verib?”

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, zavodun tikilməsi üçün məhz o yerin seçilməsi tərəddüd doğurur:

“Bu sualı erməni jurnalistlər də səsləndiriblər. Ermənistan İqtisadiyyat Nazirliyi həmin zavodun yerini xarici investorların seçdiyinə dair açıqlama yayıb. Bu, şübhə doğurur. Dünyanın heç bir yatırımçısı atəşin intensiv olduğu ərazidə zavod tikintisinə razılaşmaz, bununla investisiyasını təhlükə altında atar. Ermənistanın bir qrup eksperti zavodun sərhədə yaxın tikilməsini istehsal ediləcək məhsulların dəmiryolu ilə İrana daşınacağı ilə əlaqələndirib. Bu da məntiqə ziddir. Əgər zavod ABŞ investisiyaları ilə tikilirsə, bu zavodun məhsulları Vaşinqtonun sanksiya tətbiq etdiyi ölkəyə necə ixrac edilə bilər?”

E.Şahinoğlu Ermənistanın burada tamam başqa məqsədi var:

“Ermənistan zavodu sərhəddə inşa etməklə Azərbaycanla gərginliyə başqa dövlətləri də qatmaq istəyir. Zavodun tikintisində hindlilərin çalışdırılmasının səbəbi də budur. Ermənistanla Azərbaycan arasında sülh əldə olunmayana qədər həmin zavodun tikintisi davam edə bilməyəcək. Digər tərəfdən iki ölkə arasında sülh sazişi imzalansa belə, Azərbaycan həmin zavodun ətraf mühitə zərəri məsələsini gündəmdə saxlayacaq. Ermənistan hökuməti metallurgiya zavodunu sərhəddə tikməyə qərar verməklə Azərbaycanla münasibətlərdə əlavə problem yaradıb. Biz bunu böyük dövlətlərə də anlatmalıyıq”.

Ayşən Mustafa
Globalinfo.az