
Ermənistanda, Dilican-İrəvan yolunun yaxınlığındakı meşədə 24 yaşlı Rusiya vətəndaşının meyiti tapılıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, çılpaq tapılan meyitin üzərində zorakılıq izləri olub.
Məlumata görə, meyit iyunun 4-də Ermənistana gələn 24 yaşlı Rusiya vətəndaşına məxsusdur. Mərhumun anası iki gün qızı ilə əlaqə yarada bilmədiyi üçün polisə müraciət edib.
Hazırda faktla bağlı cinayət işi açılıb.














