İrandan Ermənistana xəbərdarlıq: “Təhlükə yaratmayın!”

İran Araz çayının çirkləndirilməsinə görə Ermənistana xəbərdarlıq edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran Su Ehtiyatlarının İdarəsi Şirkətinin nümayəndələrindən İsa Bozorgzade danışıb.

“Araz çayındakı suyun keyfiyyəti və çirkləndirilməsi İran Energetika Nazirliyinin “qırmızı xətti”dir. Keyfiyyəti yoxlamaq üçün birgə işçi qruplarımız var və çirklənmə ilə bağlı xəbərdarlıq bildirişləri Ermənistan tərəfinə, əlaqəli mədən şirkətinə göndərilib. Suyun keyfiyyətinin vətəndaşlarımızın sağlamlığına təhlükə yaratmamasına diqqət edirik”, – Bozorgzade bildirib.

Əliyar Xəlil
Globalinfo.az