Ermənistan ordusunda son günlərdə ölən hərbçilərin sayının 5 olduğu bildirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilib ki, həmin hərbçi qeyri-döyüş şəraitində ölüb.
***
Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də şərti sərhəddə ölən hərbçilərinin adlarını açıqlayıb.
Globalinfo.az siyahını təqdim edir:
1. Arutyunyan Eduard Hamletoviç (1974);
2. Manukyan Qaqik Varazdatoviç (1982);
3. Ambartsumyan Arsen Qagik (1979);
4. Oqanesyan Qraçya Talışeviç (1957).
Qeyd edək ki, ölən hərbçilərin yaşlarının çox olması onların peşəkar hərbçi olduğunu deməyə əsas verir.
Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.
13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib.
***
“Fevralın 13-də Azərbaycanla sərhəddə yerləşən Nerkin-And kəndi istiqamətində atışma zamanı 4 erməni hərbçi ölüb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Asambleyasının Müdafiə Komitəsinin sədri Andranik Köçəryan deyib.
O, sərhəddə keçirilən əməliyyatlar nəticəsində 4 erməni hərbçinin öldüyünü bildirib.
Ermənistan Müdafiə Nazirliyi də 4 erməni hərbçinin öldüyünü, birinin yaralandığını təsdiqləyib. Nazirlik ölənlərin siyahısını yaxın dəqiqələrdə təqdim edəcək.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi 2 erməni hərbçinin öldüyü və yaralıların olduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az