Müharibə ilə üz-üzəyik: bizi Bakıya verəcəklər – Xaçikyan

“Beynəlxalq münasibətlərdə çox sadə qayda var ki, əsas müttəfiqlər, güc kimin tərəfindədirsə, o da irəli gedəcək. Azərbaycan hazırda güclü tərəfdir”.

Globalinfo.az xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib.

O, mövcud şəraitdə bütün üstünlüyün Azərbaycanda olduğunu bildirib:

“İndi bütün kartlar Azərbaycanın əlindədir: qazı, nefti var, Avropa onunla əməkdaşlıq etmək istəyir. Həmçinin, hazırda Yaxın Şərqdə İranın genişmiqyaslı müharibəyə daxil edilməsi üçün proses başladılıb. Bu gün Yəmən, İraq, İran, Livan, Pakistan, Suriya və İsraili əhadə edən böyük bir müharibə ilə üz-üzəyik. Belə vəziyyətdən qazanclı çıxan tərəflər Türkiyə və Azərbaycan olacaq. Azərbaycanın enerji potensialı Rusiyaya altertaniv görülür, Avropa ölkələri ondan qaz almaq istəyir. Belə bir situasiyada biz Ankara və Bakıya ödəniş kimi təqdim ediləcək xırda puluq”.

Ayşən Mustafa
Globalinfo.az