WhatsApp Image 2024 09 20 at 15

ABŞ Konqresinin alt komitəsinin araşdırması nəticəsində COVİD-19 virusunun Çinin Uhan şəhərindəki laboratoriyada yarandığı müəyyən olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə  “Foks Nyus” məlumat yayıb.

Alt komitənin araşdırmasının 520 səhifəlik hesabat şəklində təqdim edildiyi bildirilir. Onun hazırlanmasına 2 il vaxt sərf olunub.

Yekun hesabatda qeyd edilir ki, COVİD-19-un mənşəyi laboratoriya xarakterlidir və onda təbiətdə görünən virusların bioloji xarakteristikası yer almayıb.

Qeyd edək ki, 2019-cu ildə COVİD-19 pandemiyası başlayanda bir çoxu koronavirusun Çin tərəfindən yaradıldığını iddia edirdi. Lakin Ümumdünya Səhiyyə Təşkilatı bu iddia ilə razılaşmırdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: