Ermənistan və ABŞ arasında strateji dialoq

İyunun 11-də İrəvanda Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun görüşü keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen ilə görüşəcək.

Bu görüşdən sonra iki nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə iclas keçiriləcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az