Ermənistan nə vaxt hücuma keçə bilər? – Polkovnik tarixi açıqladı

Xəbər verdiyimiz kimi, Hindistanın artilleriya sistemləri istehsalçısı “Bharat Forge” özüyeriyən MArG 155 haubitsalarını Ermənistana çatdıracaq. Bu və digər proseslər rəsmi İrəvanın müharibəyə hazırlaşması haqda fikirlərin səsləndirilməsinə səbəb olub.

Ermənistan Azərbaycanla hansı ərazilər uğurunda müharibə aparacaq? Yenidən Qarabağda savaş başladacaq?

Globalinfo.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, Ermənistanın son zamanlar silahlanması mənəvi və fiziki cəhətdən darmadağın olmuş ordunu normal vəziyyətə gətirmək məqsədini güdür:

“Rəsmi İrəvanın Hindistandan hərbi texnika, Fransadan hava hücumundan müdafiə sistemləri alması Azərbaycana və Türkiyəyə qarşı hesablanmış addımdır. Yaxın 5 il ərzində tərəflər arasında müharibə gözlənilmir. Ona görə ki Ermənistan ordusunun həmin silahlardan istifadəni öyrənməlidir.

Üzeyir Cəfərov

Rəsmi İrəvan bu gün açıq şəkildə qondarma rejimi yenidən geri qaytarıb, Azərbaycanın bəzi ərazilərini işğal etmək istəyir. Ermənilərin bu arzularının reallaşması isə mümkünsüzdür. Eyni zamanda o, yaxın illərdə Rusiyanın təsir dairəsindən də qurtulmağa çalışır. Gümrüdəki 102-ci bazanın vaxtından əvvəl çıxarılması məsələsi də gündəmə gələ bilər”.

Ekspert deyib ki, Ermənistan hər hansı beynəlxalq hüququ tanımır: “Tanısaydı, Qarabağ münaqişəsi 30 ildən çox davam etməzdi”.

Safura Bənnayeva
Globalinfo.az