Ermənistan təyyarəsi sərhədimizə yaxınlaşdı, sonra isə…

Ermənilərin Qafana uçmaq cəhdi növbəti dəfə fiasko ilə nəticələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Belə ki, Zvartnots hava limanından qalxan təyyarə saat 11:00-da Qafandan İrəvana uçmalı olsa da, səfər baş tutmayıb. Buna səbəb kimi hava şəraitinin kəskin olması göstərilib. Təyyarə yenidən İrəvana qayıdıb və Qafanda yerə enməyib.

Nəşr isə Qafan sakinlərdən hava şəraitini maraqlanıb və günəşli olduğunu yazıb.

Qeyd edək ki, İrəvandan Qafana bundan əvvəl də uçuş planlaşdırılsa da, alınmamışdı.

Ermənistanın qanunsuz olaraq Azərbaycanla sərhəddə yerləşən hava limanını işə salması rəsmi Bakının haqlı narazılığına səbəb olub.

Tamerlan Yayaqan
Globalinfo.az