Ermənistanda tarix dərsliyinin adı dəyişir – Belə olacaq

“Biz Ermənistan Respublikasında yaşayırıq, buna görə də erməni məktəblərində “Ermənistan tarixi” tədris olunmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andresyan parlamentdə çıxışı zamanı deyib.

“Bütün ölkələrdə tarixin tədrisi ilk növbədə həmin ölkənin vətəndaşlarının formalaşması prosesidir. “Ermənilərin tarixi” fənninin adının “Ermənistan tarixi” olaraq dəyişdirilməsi tarixin bir hissəsinin məzmundan çıxarılacağı mənasına gəlmir. Bu mövzuda səsləndirilən fikirlər absurddur. Söhbət tədris proqramında getmir, adlar dəyişsə də, məzmun eyni qalacaq”.

Əliyar Xəlil
Globalinfo.az