Ermənistan sərhəddə hücuma hazırlaşır – Hədəf bəllidir

Ermənistan Azərbaycana qarşı “sülh qovşağı” adı altında beynəlxalq təzyiqlərə başlayıb. Ermənistan Baş naziri Nikol Paşinyan Tiflisdə keçirilən “İpək Yolu” konfransında bu planı açıqladı. Ermənistan Azərbaycanla nəqliyyat və kommunikasiyaların açılmasının önəmini, yola nəzarət edəcək xüsusi təhlükəsizlik xidməti yaradıldığını vurğuladı”.

Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, N.Paşinyan regionda Ermənistan üzərindən keçən və bu ölkənin nəzarətində olan nəqliyyat yolunu elan etməklə Avropanın dəstəyini almağı planlaşdırır:

“Mütəmadi olaraq da sülh mesajı verir, reallıqda isə sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. İrəvan rəsmi Bakıya beynəlxalq təzyiqləri artırmaq və silahlanaraq şərti sərhəddə Azərbaycana hücum edib strateji yüksəklikləri işğal etmək fikrindədir. Məhz buna görə beynəlxalq təşkilatlarda “Azərbaycan hücum edəcək” kampaniyasına başlayıb.

Ermənistan rəhbərliyi Azərbaycan və İran arasında Zəngəzur dəhlizinin “Araz vadisi” seqmenti razılaşdırılıqdan sonra təşvişə düşüb. İran ərazisindən yol işə düşəndən sonra Ermənistanın blokadada qalmaq perspektivi davam edəcək”.

Turan Rzayev
Globalinfo.az