Ötən gün azaraq Ermənistan ərazisinə keçdiyi iddia edilən azərbaycanlı hərbçilərlə bağlı daha bir uydurma məlumat yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, hərbçilərimizin Zəngəzur (Sünik) vilayətinin Bnunis kəndi yaxınlığında girdiyi ev 44 günlük müharibədə ölən erməni hərbçinin ailəsinə məxsus olub.
Həmçinin qeyd edilib ki, hadisədən bir ay əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan və qızı bu evdə olub.
Ermənistan mediası azərbaycanlı hərbçilərin məhz bu evin qapısını döyməsinin əsassız olmadığını iddia edib. Ermənilər hərbçilərimizin o evi guya qəsdən seçməsi haqda gülünc məlumat yayıblar. Lakin onlar azərbaycanlı hərbçilərin niyə özlərini belə bir riskə atması ilə bağlı suala cavab verə bilməyiblər.
Globalinfo.az daha əvvəl yayımladığı yazıda azərbaycanlı olduğu deyilən hərbçilərin kəşfiyyatçı olmadığını, azaraq o əraziyə keçdiyini əsaslandırıb.
Qeyd edək ki, Azərbaycan mediası ötən gün itkin düşən hərbçilərimizin Hüseyn Əhliman oğlu Axundov və Aqşin Qabil oğlu Bəbirov olduğunu yazıb. Daha sonra erməni mediası ölkə ərazisində iki azərbaycanlı hərbçinin peyda olması haqda xəbər yayıb.
Azərbaycan MN isə hələlik erməni mediası və Ermənistan MN-in iddialarına aydınlıq gətirməyib.
Tamerlan Yayaqan
Globalinfo.az















