Ermənistan prezidenti ABŞ səfirinin iqamətgahına getdi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ABŞ-ın bu ölkədəki səfiri Kristina Kuinnin iqamətgahına baş çəkib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xaçaturyan ABŞ-ın Ermənistan iqtisadiyyatının inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib. Ermənistan-ABŞ strateji tərəfdaşlığının yaradılması qərarını alqışlayıb.

Səfir öz növbəsində bildirib ki, Ermənistanla ABŞ arasında münasibətlərdə çox böyük irəliləyişlər əldə edilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az