Ermənistan parlamentində referendum tələbi: 100 gün sonra…

Ermənistan parlamentinin binasında İrəvanın Avropa Birliyinə üzvlüyü ilə bağlı referendumun keçirilməsi ilə bağlı dinləmələrə start verilib.

Globalinfo.az xəbər verir ki, dinləmələr zamanı qərbyönlü baxışları ilə seçilən Respublika Partiyasının rəhbəri Aram Sərkisyan maraqlı təkliflə çıxış edib. O, Ermənistanın AB-yə üzvlük referendumunu sentyabra salmağı təklif edib:

“Əgər hökumət mənə hörmət edirsə, məni dinləyirsə, təcrübəmi az da olsa dəyərləndirirsə, o zaman bu referendumu 21 sentyabrda keçirməlidir. Eyni tarixdə biz 1991-ci ildə müstəqillik referendumu keçirmişdik” – deyə o bildirib.

Aram Sərkisyan

O, referendumun növbəti 100 gün ərzində keçirilməsinin önəmli olduğunu deyib.

Qeyd edək ki, AB-yə üzvlüklə bağlı dinləmələr xüsusilə Rusiya və ona bağlı olan qüvvələrin kəskin tənqidinə səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az