Ermənistan ordusunun əsgəri Davit Vahani Nersisyan Zəngəzurda yerləşən hərbi hissədə ölüb.
Globalinbfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə səhər saat 10:00 radələrində baş verib. Belə ki, növbəyə dayanan əsgər özünü pis hiss edib və huşunu itirib. Dərhal hosbitala çatdırılsa da, onun həyatını xilas etmək münmkün olmayıb.
Meyit üzərində müayinıə aparılıb, zorakılıq izləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Əliyar Xəlil
Globalinfo.az














