Ermənistan ordusu toplanır: ehtiyatdakı hərbçilər çağırıldı

Ermənistan ordusu toplanır: ehtiyatdakı hərbçilər çağırıldı

2024-cü il oktyabrın 15-dən dekabrın 20-dək Ermənistanda birinci və ikinci dərəcəli ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçiriləcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin bir vətəndaş üçün minimum 25 gün çəkəcəyi bildirilir.

Məlumata görə, təlim ehtiyatda olan hərbi qulluqçuların bacarıqlarının və döyüş hazırlığının artırılması məqsədi ilə keçirilir.

Əliyar Xəlil
Globalinfo.az