Ermənistan ordusu nəyə hazırlaşır? – Oktyabra qədər…

Ermənistan ordusu nəyə hazırlaşır? - Oktyabra qədər...

1 avqust-13 oktyabr tarixləri arasında Ermənistan ordusunun ehtiyatda olan birinci və ikinci dərəcəli zabitləri üçün təlimlər keçiriləcək.

Globalinfo.az xəbər verir ki, təlimlərə ümumilikdə 2352 nəfərin cəlb olunacağı bildirilir.

Sıravi əsgərlər, müxtəlif rütbəli zabitlər, kəşfiyyat, mühəndislik, raket-artilleriya bölmələri üzrə ayrıca təlimlər təşkil olunacaq.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan ordusunun Azərbaycanla sərhədboyu ərazilərdə bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsilə bağlı məlumatlar yayılıb. Artıq bir müddətdir ki, ehtiyatda olan hərbçilər orduda təlimlərə çağırılırlar. Eyni zamanda, sərhəddə yerləşən erməni kəndlərinin əhalisinə silah paylanılması məsələsi gündəmə gətirilir.

Ayşən Mustafa
Globalinfo.az