Ermənistan ordusunda dəyişikliklər: sərhəd gərginliyi? – FOTO

Ermənistan ordusunda dəyişikliklər: sərhəd gərginliyi? - FOTO

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan orduda vəzifə dəyişikliyi və təyinatlarla bağlı fərman imzalayıb. 

Globalinfo.az xəbər verir ki, fərmana əsasən Ermənistanın Birləşmiş Qoşunlar Qrupunun komandiri vəzifəsinə Artak Budaqyan təyin edilib.

Ermənistan ordusunda dəyişikliklər: sərhəd gərginliyi? - FOTO
Artak Budaqyan

Sərkisyan Hərbi Akademiyasının rəhbəri Artur Yeroyan vəzifəsindən azad edilərək Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin olunub.

Ermənistan ordusunda dəyişikliklər: sərhəd gərginliyi? - FOTO
Artur Yeroyan

Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts isə prezidentin qərarı ilə vəzifədən azad edilib.

Ermənistan ordusunda dəyişikliklər: sərhəd gərginliyi? - FOTO
Kamo Koçunts

Qeyd edək ki, təyinat və dəyişikliklərin fevralın 13-də Azərbaycanla sərhəddə baş verən atışmadan sonra həyata keçirilməsi ölkə ictimaiyyətində diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az