“İrəvan iyulda keçiriləcək NATO sammitinə dəvət alıb və konfransda iştirak edəcək”.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan bildirib.
“Ermənistan Vaşinqtonda keçirilən NATO sammitinin tərəfdaş formatı tədbirində və təşkilatın 75-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib”, – deyə Badalyan bildirib.
Qeyd edək ki, NATO-nun sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək. Tədbirdə Şimali Atlantika Alyansına üzv olan 32 ölkə, eləcə də dəvət olunmuş digər dövlətlərin nümayəndələri iştirak edəcək.