Ermənistan müxalifətindən Paşinyana xəbərdarlıq: Aprelin 10-da nə baş verəcək?

Ermənistanın hakimiyyətə müxalif olan “Birgə” hərəkatı aprelin 10-da parlament qarşısında yeni aksiya keçirəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın koordinatoru, Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan deyib.

Onun sözlərinə görə, aksiyanın aprelin 10-da, saat 16:00-da keçiriləcəyi planlaşdırılır.

“Birgə” ümummilli siyasi hərəkatı yaxın iki gündə parlament binası qarşısında etiraz aksiyası keçirmək niyyətindədir. Biz müxalifəti parlamentdəki büdcə hesabatının müzakirəsinə qarşı layihə təqdim etməyə çağırırıq. Aprelin 10 və 11-i tarixləri həlledici olacaq. Ona görə də vətəndaşları aksiyaya qoşulmağa çağırırıq”, – Sarkisyan bildirib.

Alternativ plan kimi Sarkisyan hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluqla əlaqə saxlamağı düşünür. Qeyd edək ki, daha öncə “Birgə” milli siyasi hərəkatı parlament qüvvələrindən Baş nazir Nikol Paşinyana etimadsızlıq göstərməsini tələb edib.

Əliyar Xəlil
Globalinfo.az