Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən regional vəziyyətə toxunub.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarı olduğunu bildirib.














