“Kəndlər Azərbaycana verilir?” sualına İrəvandan rəsmi CAVAB

“Azərbaycanın tələb etdiyi kəndlərin ərazi təyinatı məsələsi hüquqi sənədlər əsasında həyata keçirilməlidir”.

Globalinfo.az xəbər verir ki, bu, Ermənistan hökumətinin Qazaxın kəndləri ilə bağlı “Azadlıq” radiosunun ünvanladığı sorğuya cavabında qeyd olunur.

“Azadlıq” radiosunun Ermənistanın dörd qeyri-anklav kəndi Azərbaycana qaytarmağa hazır olub-olmadığını soruşub.

Hökuməti isə kəndlərin yerləşdiyi bölgədə Ermənistan ərazisinin haradan başladığını müəyyən etmək lazım olduğunu bildirib:

“Hüquqi sənədlərə əsasən tanınan Ermənistan əraziləri İrəvanın, Azərbaycan əraziləri isə Bakının nəzarəti altında olmalıdır. Ermənistan bütün sərhədboyu məsələnin bu cür həllini qəbul etməyə hazırdır. Həmçinin İrəvan Tavuş bölgəsinə bitişik ən problemli ərazilərdə də eyni düsturla həll yollarının müəyyən edilməsinə razıdır”.

Ayşən Mustafa
Globalinfo.az