Ermənistan himni ilə bağlı ilk dəyişiklik edildi

“Ararat dağı (Ağrı dağı – red.) artıq İctimai Televiziyada dövlət himninin səsləndirilməsi zamanı yayımlanan kadrlarda yer almır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Aram Manukyan deyib.

“Araratın görüntüləri çıxarılıb, himnin videosunda yayımlanmır. Yəni Bakı və Ankaranın tələbləri yavaş-yavaş yerinə yetirilir”, – Manukyan bildirib.

O iddia edib ki, Paşinyan hökuməti artıq “erməni milli simvolları”na qarşı kampaniyaya başlayıb və bu istiqamətdə ciddi iş gedir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin konstitusiyasının dəyişdirilməsindən bəhs etmiş, Ağrı dağına iddiaların geri götürülməli olduğunu demişdi. Parlamentin spikeri Alen Simonyan isə gerb və himnin dəyişdirilməsinin müzakirə edilməli olduğunu açıqlamışdı.

Ayşən Mustafa
Globalinfo.az