4954084 0 0 1600 1030 1440x900 80 0 1 f0ca5fce9bb8947b1451b1a4b7ee84fb

Mayın 28-də Ermənistanda Respublika Günü münasibərtilə hərbi parad keçiriləcək.

Baş nazir Nikol Paşinyanın təlimdən paylaşdığı görüntülərdə Ermənistan istehsalı olan kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı və Fransadan alınmış “CAESAR” (SEZAR) özüyeriyən artilleriya sistemləri nümayiş etdirilir. Məlumata görə, paradda Ermənistanın son illərdə əldə etdiyi silah-sursatlar təqdim olunacaq.

Globalinfo.az-a danışan politoloq Azər Qasımov deyib ki, Ermənistanda keçirilməsi planlaşdırılan hərbi parad Nikol Paşinyan üçün seçkiqabağı təbliğat vasitəsi olsa da, bu, ilk növbədə ordunun yenidən qurulmasından sonra güc nümayişi kimi dəyərləndirilir:

“Paşinyan xalqa bu mesajı verir: “Revanşistlərə səs verib Rusiyanın hesabına silahlanaraq yenidən revanşist fikirlərə qapılmaqdansa, mənə səs verin. Mən ordunu daha müasir silahlarla yenidən qurmuşam və lazım gələrsə, Ermənistanın təhlükəsizliyini qoruya bilərəm”.

Baş nazir demək istəyir ki, ordunu onun qurması ilə revanşistlərin qurması arasındakı fərq var. Onun formalaşdırdığım orduya Azərbaycan ciddi reaksiya verməyəcək. Amma revanşistlərin qurduğu ordunu Azərbaycan özünə təhlükə mənbəyi hesab edəcək və müharibə ehtimalı yaranacaq.

az%C9%99r qasimov
Azər Qasımov

Hesab edirəm ki, erməni ordusu kim tərəfindən qurulmasından asılı olmayaraq, Azərbaycan üçün təhlükə mənbəyidir. Rəsmi Bakı hər bir halda buna ciddi reaksiya verməlidir. Paşinyan ordu qurmaqla erməni cəmiyyətinə vaxt qazana biləcəkləri mesajını vermək istəyir. Yəni Azərbaycanla sülh sazişi imzalayıb rahat şəkildə ordunu möhkəmləndirməyin mümkün olduğunu göstərməyə çalışır. Amma o, sonsuza qədər Ermənistanda hakimiyyətdə qalmayacaq.

Azərbaycan paraddan əvvəl Ermənistana öz kəskin etirazını bildirməlidir. Hətta paradın təxirə salınmasını tələb etməlidir. Əks halda, sülh prosesinin üzərinə kölgə düşəcəyini bəyan etməli və bunun məsuliyyətinin Ermənistanın üzərində olduğunu vurğulamalıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: