Ermənistan Gürcüstana görə 36 saat qazsız qalacaq

Vedi town

Transqafqaz tranzit qaz kəmərinin “Şimali Qafqaz – “Qazaxıstan-Saquramo” (DN 1000) hissəsində qəza-bərpa işlərinin aparılması səbəbindən 36 saat müddətində Ermənistana qazın verilişi dayandırılacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

Gürcüstanın Saquramo ərazisi istiqamətində qaz kəmərinin təmir işi ilə əlaqədar noyabrın 13-ü saat 10:00-dan noyabrın 14-ü saat 22:00-a kimi Ermənistan ərazisinə təbii qazın verilməyəcəyi bildirilib.

Bu müddətdə daxili ehtiyatlar və İrandan tədarük edilən təbii qazın əlavə həcmləri hesabına qazın verilişinin təmin edilməsinə çalışılacağı qeyd edilib.

Əliyar Xəlil
Globalinfo.az