Ermənistan Fransadan bu sursatları da alır – ADLAR

“Ermənistan SEZAR üçün ehtiyat hissələri  alacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Forces Operations” portalı məlumat yayıb.

Məlumatda bildirilib ki, Ermənistan 36 özüyeriyən silah alacaq ki, bu da iki artilleriya batalyonunu təchiz etmək üçün kifayətdir.

“Bundan əlavə, KNDS şirkəti (Almaniyanın “Krauss-Maffei Wegmann” və Fransanın “Nexter” şirkətləri tərəfindən yaradılmış konsorsium) Ermənistan Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq haqqında müqavilə də imzalayıb. Ehtiyat hissələri ilə yanaşı, müqaviləyə 155 mm-lik döyüş sursatı partiyalarının tədarükü daxildir”, – deyə “Forces Operations” yazıb.

Globalinfo.az