Başçının xanımından haqqında yayılmış iki xəbərə reaksiya

“Mən və yoldaşım haqda yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun həyat yoldaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Nərmin Seyidova deyib.

Nərmin Seyidova

O, adı çəkilən qurumdan könüllü şəkildə ayrıldığını bildirib:

“İyun ayının 8-də rəsmi olaraq öz istəyimlə işdən ayrılmışam. Başqa bir sahəyə gedirəm. Yeni iş yerimlə bağlı yaxın günlərdə məlumat verəcəyəm. Yayılan xəbərlər yanlışdır. Bunu insanlara kimin necə çatdırdığını bilmirəm. Yoldaşımın döyülməsi ilə yayılan xəbərlər də şayiədir. Hər şey qaydasındadır”.

Qeyd edək ki, bu gün Neftçalanın icra başçısı M.Seyidovun döyüldüyü xəbəri yayılıb. Bundan sonra onun xanımının da işdən ayrıldığı bildirilib.

Zaira Akifqızı
Globalinfo.az