Ermənistan DİN Bağanis-Voskepar yolunu bağladı – Səbəb

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanla delimitasiya prosesi çərçivəsində minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar avtomobil yolunu bağlayıb.

Globalinfo.az xəbər verir ki, kənd sakinlərinə bu yerlərdən uzaq durmalarına dair xəbərdarlıq edilir.

Bildirilib ki, sərhədlərin delimitasiyasından sonra sərhəd xəttinin mühafizəsi Sərhəd Qoşunlarına veriləcək.