Ermənistan günahsız mülki insanların minaya düşərək həlak olmasına görə məsuliyyət daşıyır.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.
Qeyd olunub ki, 2020-ci ilin sonundan bəri 344 nəfər Ermənistanın döşədiyi minaya düşüb. Onlardan 65 nəfər həlak olub.
“Son iki gündə mina partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb”, – nazirlikdən bildirilib.
Xatırladaq ki, son 2 gündə – fevralın 4-də və 5-də Tərtərdə iki mülki şəxs minaya düşüb.
Yet another civilian was maimed following a landmine explosion for the last two days.
Number of Armenia-planted landmine victims reached 3️⃣4️⃣4️⃣, incl. 65 killed since the end of 2020.
Armenia bears responsibility for the lost lives of innocent civilians. #EndLandmineThreat pic.twitter.com/2B1DrOKdSJ
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 5, 2024














