Azərbaycan ərazisi 86,6 min kvadrat kilometrdir – Paşinyan

“Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, hər iki ölkə 29,8 min və 86,6 min kvadrat kilometr çərçivəsində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.