Rusiyanın milyonluq gəmisinin vurulma anı – VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının tərkibində olan “Sergey Kotov” patrul gəmisini məhv edib.

Xüsusi əməliyyat Krımda “Magura V5” dəniz dronları vasitəsilə həyata keçirilib.

Bununla bağlı görüntülər Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən yayımlanıb.

“Magura V5” dəniz dronları Kerç boğazı yaxınlığında “Sergey Kotov” gəmisini görüb və gəminin arxa, sancaq və sol tərəflərinə zərbə endirib. Nəticədə gəmidə yanğın başlayıb.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, batmış gəminin dəyəri təxminən 65 milyon dollar təşkil edir.

Xatırladaq ki, martın 5-nə keçən gecə Krımda partlayışlar baş verib. Səhər saatlarında isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın “Sergei Kotov” gəmisinin məhv edildiyini təsdiqləyib.

(Oxu.Az)