“Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına ( ŞƏT ) üzv olmaq üçün rəsmi müraciət edib”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Bu, balanslaşdırılmış xarici siyasətimizin məntiqinə uyğundur”, – o bildirib.
Qeyd edək ki, hazırda ŞƏT-ə Rusiya, Çin, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Hindistan, İran və Pakistan daxildir.
Əliyar Xəlil
Globalinfo.az














