ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri, Demokratlar Partiyasının üzvü Nensi Pelosi xəsarət alaraq Lüksemburqda xəstəxanaya yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat xidməti məlumat yayıb.
Hadisənin təfərrüatları açıqlanmır. Pelosinin Lüksemburqda işgüzar səfərdə olduğu qeyd edilir.
Daha öncə Pelosi müttəfiqi Kamala Harrisin seçkilərdə uğursuzluğunun səbəblərini açıqlayıb. Onun fikrincə, hazırkı dövlət başçısı Co Bayden prezidentlik yarışını daha tez tərk etməli idi.
Qeyd edək ki, erməni diasporunun “böyük dostu” və separatçılığın tərəfdarı olan Nensi Pelosi ermənipərəst lobbinin fəal üzvü kimi ABŞ Konqresində daim Ermənistanın lehinə çıxış edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














