“Kərki kəndi əldən getsə, o zaman Ermənistanın Qarabağda və İranda yalnız bir çıxış yolu olacaq – Vedi yolu”.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri erməni politoloq Benyamin Matevosyan deyib.
O qeyd edib ki, ən mühüm dövlətlərarası magistral Ermənistanın mərkəzi hissəsini Zəngəzur, Qarabağ və İranla birləşdirən Kərki kəndindən keçir:
“Aşağı Əskiparaya (Voskepara – red.) gəlincə, Gürcüstana dövlətlərarası yol oradan keçir. Bu əraziyə nəzarətin itirilməsi Gürcüstandan Ermənistana (Qırmızı Körpü – Sevkar – Berd xətti ilə keçən) qaz kəmərinin fiziki mövcudluğunu da “təhlükə” altına qoyur. Bu ərazilərin itirilməsi böyük risklər daşıyır. Əgər AB Praqada Ermənistanın ərazi bütövlüyünü tanıyıbsa və bunun nəticəsində Bakı Laçın yolunun “bağlayıbsa”, onda AB Azərbaycanın ərazi bütövlüyünü hansı konkret sərhədlər çərçivəsində tanıyıb. Göstərilən yaşayış məntəqələri və onlardan keçən kommunikasiyalar ora daxil olurmu? Sual həyati əhəmiyyət kəsb edir, çünki heç kim təminat verə bilməz ki, Qarabağdan sonra Qərbi Azərbaycan icması öz tarixi torpaqlarına, yəni Ermənistanın şəhər və kəndlərinə geri qayıtmağı tələb etməyəcək”.