Türk ordusundan terrorçulara ağır zərbə

Şimali İraq və Suriyadakı terrorçu hədəflərinə zərbələr endirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Şəhidlərimizin və günahsız övladlarımızın intiqamı alınır. Terrorçular qazdıqları səngərlərdə xəyalları ilə birlikdə basdırılmağa məhkumdurlar”, – məlumatda bildirilib.